Press "Enter" to skip to content

Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” tamaşasının premyerası

Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” tamaşasının premyerası

BAYRAQDAR MEDİA – Mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında yazıçı Kərim Həsənovun “Sehrli Yaylıq” əsəri əsasında eyniadlı birhissəli uşaq tamaşasının premyerası olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yeni səhnə əsərinin quruluşçu rejissoru gənc və istedadlı rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Nağılvarı fantastik səhnə əsərində işləməyi sevməyən Eldar telefonda oyun oynamağı, rəqs eləməyi sevir. Evləri çirkləndirməyi, dağıtmağı, dərslərini diqqətdən kənarda qoymağı, məktəb yoldaşları kimi olmamağı anasını narahat edir.

Bütün günü sevdiyi dəniz quldurları haqqında oynadığı oyun onu rahat yatmağa qoymur. Evdən tapdığı, nənəsinin sehrli adlandırdığı yaylığın xəyalı vasitəsilə məktəb yoldaşları ilə birlikdə adaya düşən Eldar burada da macəra axtarışındadır, hələ də işləmək istəmir. Arzuladığı dəniz quldurları ilə qarşılaşmağı, onlarla keçirtdiyi əyləncəli və qorxulu anlardan yorulan Eldar dostları ilə birlikdə evə qayıtmaq istəyir, lakin adaya düşməsində ona köməklik göstərən yaylığını tapa bilmir. Yaylığını isə onun sevdiyi dəniz quldurları oğurlayıb. Evə qayıda bilməyəcəyi qorxusu ilə yuxudan ayılan Eldar əslində bütün olanların yuxu olduğunu anlayır”.

Tamaşa vasitəsi ilə balaca teatrsevərlərə faydalı olmağı, evləri dağıtmamağı, ev işlərində valideynnlərinə kömək etməyi, telefonla az vaxt keçirtmək lazım olduğunu, dərslərini yaxşı oxumağı, ailəsinə, dövlətinə, millətinə yararlı vətəndaş ola bilməsi ön plana çəkilərək tamaşaçılara aşılanır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov, Şəhriyar Aşkari çıxış ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.