Press "Enter" to skip to content

Xaçmazda Beynəlxalq Muzeylər Günü qeyd edilib

Tədbir sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Xaçmazda 18 May – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində sözügedən qurumun təşkil etdiyi tədbirdə sahənin peşəkarları, ziyalılar, qonaqlar və balaca incəsənət ustaları iştirak edib.

“Muzeylər maddi-mənəvi xəzinəmizdir” adı altında keçirilən tədbirdə çıxış edən Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva bildirib ki, bu əlamətdar gün 1977-ci ildən keçirilir. O, qeyd edib ki, hər il Muzeylər Günü müxtəlif devizlər altında keçirilir. “2025-ci ilin devizi də “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” kimi müəyyən edilib”, – deyə Pakizə Mehdiyeva bildirib.

Natiq çıxışında muzeylərin yalnız eksponatların nümayiş olunduğu və qorunduğu məkan olmadığına diqqət çəkib. O, deyib ki, bu qurumlar həm də təhsil, araşdırma və bilgiləndirmə funksiyaları ilə cəmiyyətə geniş xidmətlər göstərir.

Tədbirdə çıxış edən BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də vurğulayıb ki, muzeylər cəmiyyətin mədəni yaddaşının qorunmasına böyük töhfə verir. O, muzeylərin keçmişlə müasirlik və gələcək arasında körpü yaratdığını deyib.

Tədbirdə eyni zamanda Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Qərib Umudov, həmçinin ayrı-ayrı muzeylərin və başqa sahələrin təmsilçiləri iştirak və çıxış edib.

Rəsmi hissənin ardından Xaçmaz Uşaq-Gənclər İncəsənət Mərkəzi Xudat bölməsi şagirdlərinin ifasında milli rəqslərə tamaşa edilib.

Balaca istedad Lamiyə Hacızadə
Balaca istedad Lamiyə Hacızadə

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.