BAYRAQDAR MEDİA – “Bakıya əhali axını, onun mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
O, qeyd edib ki, 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140 faiz artdığı halda, ölkə üzrə 24 faiz, bir sıra bölgələr üzrə 20 faiz intervalında dəyişib: “Əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə bölgələr arasında fərq 4 dəfədən çoxdur. 2018-2023-cü illərdə illərdə ölkə üzrə mənzillərin sayı 122 min ədəd və ya 11 faiz artıb. Bu artımların 73 mini (60 faizi) Bakı, Sumqayıt və Abşeronun payına düşür”.
İlk şərhi yaza bilərsiniz