BAYRAQDAR MEDİA – Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb”.
Sonra xəbərdə, “rəsmi səfər zamanı Azərbaycan müdafiə nazirinin müavini Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb. Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz