Press "Enter" to skip to content

ADA-da Liderlik Proqramı

ADA-da Liderlik Proqramı

BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli əməkdaşlarının bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Liderlik Proqramına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “İxtisasartırma Proqramının İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzi ilə birgə təşkil etdiyi Proqram 16 may tarixindən etibarən öz fəaliyyətinə başlayıb. Proqramın rəsmi açılış mərasimində ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva, eləcə də İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxış ediblər. A.Hacıyeva iştirakçıları salamlayaraq Proqramın məqsədləri, tədris planı və gözlənilən nəticələr barədə geniş məlumat verib. O, ADA Universitetinin İxtisasartırma Proqramının dövlət qulluqçularının peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edərək bildirib ki, bu proqram rəhbər heyətin sürətlə dəyişən iş mühiti və yeni trendlərə çevik şəkildə uyğunlaşmasına, qərarvermə və idarəetmə bacarıqlarının artırılmasına xidmət edir”.

Daha sonra xəbərdə, “A.İbrahimova çıxışında bu təşəbbüsün dövlət idarəçiliyində liderlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Qeyd edək ki, Proqram beş moduldan ibarətdir və hər qrup üzrə 30 akademik saat ərzində tədris olunacaq. Təlimlər dövlət, özəl və akademik sektorları, eləcə də beynəlxalq təşkilatları təmsil edən onadək təcrübəli ekspert tərəfindən aparılacaq. Modullar komanda və dəyişikliklərin idarə olunması, liderlikdə effektiv kommunikasiya, strateji qərarvermə, ictimai çıxış və danışıqların aparılması kimi mövzuları əhatə edir. Proqram çərçivəsində 25 rəhbər dövlət qulluqçusu həm nəzəri biliklərini artıracaq, həm də interaktiv sessiyalar vasitəsilə praktiki bacarıqlarını inkişaf etdirəcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.