Press "Enter" to skip to content

Ağrı Komandası birinci olub

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Gümüşhanədə təşkil olunan xalq oyunları bölgə finalında Ağrı Xalq Təhsili Mərkəzinin Karaköse İncəsənət Klubunun komandası həm gənclər, həm də böyüklər kateqoriyasında quruluşsuz (rəqs tərtibatsız) sahədə bölgə birincisi olub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “gənclər kateqoriyasında 87.70, böyüklərdə isə 90 xal toplayan komanda münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Ağrı İl Milli Təhsil Müdiri Hasan Kökrek verdiyi açıqlamada xalq oyunları komandalarının əldə etdiyi uğurdan böyük məmnunluq duyduğunu bildirib”.

Məlumata görə, H.Kökrek, “Yeniyetmələrimizin mədəni dəyərlərimizi yaşatmaq istiqamətindəki səyləri bizim üçün çox qiymətlidir. Ağrımızın zəngin folklor mirasını səhnədə böyük ustalıqla nümayiş etdirən Karaköse İncəsənət Klubunu və bu uğurda əməyi keçən xalq oyunları komandalarımızı, məşqçilərimizi və idarəçilərimizi ürəkdən təbrik edirəm. Xalq oyunları mədəni kimliyimizi əks etdirən önəmli bir mirasdır. Bu miras sayəsində gənclərimiz həm mədəni kimliklərini tanıyır, həm də özlərinə inam qazanırlar” deyib.

O, Karaköse İncəsənət Klubunun Türkiyə finalında Ağrını layiqincə təmsil edəcəyinə inandığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.