BAYRAQDAR MEDİA – 2025-ci ilin aprel ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 26 963 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.
Bildirilib ki, “bunlardan 25 min 191-i rəsmi məktub və telefon zəngi, 1 min 772-si isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir”.
İlk şərhi yaza bilərsiniz