Elmi-praktik konfransda məsələ ilə bağlı aktual çağırışlar və yeni gözləntilər müzakirə olunub
BAYRAQDAR MEDİA – Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər 19 may 2025-ci il tarixində keçirilmiş elmi-praktik konfransda ətraflı şəkildə müzakirə olunub. Konfransa Sosial Tədqiqatlar Mərkəzi (STM) ev sahibliyi edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya STM-dən məlumat verilib.
Bildirilib ki, “tədbir müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirmək olub. Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər. Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib”.
Məlumata görə, konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş şəkildə nəzərdən keçirilib: “İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar. Əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub”. Məlumatda deyilir ki, ekspertlər tərəfindən mənzil fondunun yenilənməsi və rekonstruksiya tədbirlərində dövlət və özəl sektor arasında optimal balansın yaradılmasının vacibliyi vurğulanıb: “Konfransda aparılmış geniş təhlillər əsasında paytaxtın mənzil sektorunda kompleks yanaşmaların tətbiqi zərurəti bir daha təsdiqlənib”.
Məlumata görə, tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, 2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 faiz artırılaraq 47 milyon kvadratmetrdən 78 milyon kvadratmetrə çatdırılacaq.
Qeyd edilib ki, mənzil fondunun sürətlə böyüməsi əhalinin məskunlaşmasını da sürətləndirir: “Ərazidə iqtisadi şərtlər daşınmaz əmlaka sərmayə qoyuluşunun artmasını və mənzil tikintisinin vüsət almasını şərtləndirir. Lakin əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur”.
Məlumata əsasən çıxışda eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib.
Məlumatda deyilir ki, konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş nəzərdən keçirilib: “İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar”.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, mənzil bazarında əlçatanlıq problemi qalmaqdadır, qiymətlərin yüksəkliyi xüsusilə orta və aşağıgəlirli qruplar üçün mənzil sahibi olma imkanlarına təsir göstərir: “Mənzil fondunun inkişafında qiymət faktoruna bir neçə amil təsir edir. Bunlardan birincisi enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır. Müasir şəhərsalma trendləri yalnız kvadratmetrlə ölçülən daşınmaz əmlak deyil, həm də texnoloji cəhətdən təchiz olunmuş, ekoloji baxımdan davamlı və yaşamaq üçün rahat məkanlar tələb edir. İkinci mühüm istiqamət isə kiçik və orta sahibkarlığın mənzil sektoruna inteqrasiyasıdır. Biz agentlik olaraq hesab edirik ki, bu sahədə özəl təşəbbüslərin genişlənməsi təkcə yaşayış sahələrinin sayının artmasına yox, eyni zamanda, tikinti materialları sənayesindən xidmət sektoruna qədər olan bütün sahələrin inkişafına təkan verir. KOB-ların mənzil fondunun genişlənməsində rolu həm bu sahənin şaxələnməsi, həm də infrastrukturun lokallaşdırılması baxımından əhəmiyyətlidir”.
Əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub.
Ekspertlər tərəfindən mənzil fondunun yenilənməsi, rekonstruksiya tədbirlərində dövlət və özəl sektor arasında optimal balansın yaradılmasının vacibliyi vurğulanıb.
Aparılmış geniş təhlillər əsasında paytaxtın mənzil sektorunda kompleks yanaşmaların tətbiqi zərurəti bir daha təsdiqlənib.
İlk şərhi yaza bilərsiniz