Press "Enter" to skip to content

Beşbarmaqda maraqlı gün

Tədbir zamanı

Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə silsilə tədbirlər keçirilib

BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Beşbarmaq Dağında (Siyəzən rayonu, Qalaşıxı kəndi) təbiət qoynunda silsilə tədbir təşkil edib.

Bu barədə TÜİB-dən məlumat verilib.

Bildirilib ki, “tədbirdə TÜİB üzvləri, Azərbaycan və Türkiyənin iş adamları, eləcə də şəhid ailələri iştirak ediblər. Gənclər və ailələr üçün təşkil olunan bu mənalı tədbir Ulu Öndər Mustafa Kemal Atatürkün “İstikbal göklerdedir” sözlərindən ilhamlanaraq həyata keçirilib”.

Məlumata görə, gün ərzində ailələrin asudə vaxtını səmərəli keçirmələri üçün ebru sənəti üzrə ustad dərsləri təşkil olunub: “Uşaqlar üçün isə xüsusi əyləncə proqramları hazırlanıb: çərpələng uçurtmaları, intellektual və interaktiv oyunlar, sehirbaz çıxışları kimi fəaliyyətlər uşaqların böyük marağına səbəb olub. Tədbir boyu iştirakçılar həm mədəni həm də mənəvi zənginlik baxımından dolu bir gün keçiriblər”.

“TÜİB tərəfindən təşkil olunan bu tədbir bir daha sübut etdi ki, gəncliyin və ailələrin mənəvi birliyi, sağlamlığı və vətənpərvər ruhda yetişməsi üçün belə təşəbbüslər böyük əhəmiyyət daşıyır” deyə sonda qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.