Press "Enter" to skip to content

İTC sədrindən Türkmən millətinə təcili çağırış

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin sədri Mehmet Seman Ağa “X” sosial media platforması üzərindən Türkmən millətinə təcili çağırış edib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, çaöırışda deyilir: “Əziz və qürurlu Türkmən xalqımız! Davamız sadəcə deyilən bir şüar deyil, bir məsuliyyətdir. Kimliyimiz bir əmanət, bayrağımız isə yalnız bir parça deyil, şərəfli bir tariximizin, fasiləsiz mübarizəmizin və yalnız birliyimizlə qurula biləcək bir gələcəyin simvoludur”.

Müraciətdə qeyd edilir ki, çətinliklərin hökm sürdüyü bu dövrdə tək seçim dik dayanmaqdır: “Birliyimizlə şərəfimizi qoruyar, sizin şüurlu duruşunuzla haqlarımızı müdafiə edərik. Sizi hər zaman olduğu kimi, torpağa, qanımıza və bayrağımıza sadiq qalmağa çağırıram. Haqlı olduğumuz müddətcə, Allah bizimlədir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.