Press "Enter" to skip to content

KTN doktorant hazırlığı üzrə qəbul elan edir

KTN doktorant hazırlığı üzrə qəbul elan edir

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti və elmi tədqiqat institutlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər”.

Qeyd edək ki, 13 may saat 11:00-dan etibarən başlanılan sənəd qəbulu prosesi iyunun 2-də bitəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.