Press "Enter" to skip to content

Türk körpə şəhadətnaməsiz qaldı

Türk körpə şəhadətnaməsiz qaldı

BAYRAQDAR MEDİA – Təbrizin Qeydiyyat İdarəsi yeni dünyaya gələn körpəyə ailəsi Asena adını seçdiyi üçün doğum haqqında şəhadətnamə vermir.

Xəbəri “Azad İran” Telegram kanalı “Dan.magazin”ə istinadən yayımlayıb.

Xəbərə əsasən, “bu barədə Asenanın atası Fərhad Pakruh “Balamın adı” kampaniyasına müsahibəsində deyib: “22 apreldə doğulan qızıma Asena adını seçmişik, ancaq Təbriz Qeydiyyat İdarəsi bu ada şəhadətnamə verməkdən imtina edir. Onlar bizə Asna adına şəhadətnamə verə biləcəklərini bildiriblər”.

Son olaraq, “Fərhad Pakruh qızına sənəd verilmədiyi üçün körpənin tibbi xidmətdən məhrum olduğunu, müayinə və peyvənd edilmədiyini vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.