Press "Enter" to skip to content

Türkiyəli professordan maraqlı təklif

Prof. Dr. Mehmet Yüce

Prof. Dr. Mehemt Yüce: “Türk dünyasının Nobel mükafatı” təsis edilməlidir

BAYRAQDAR MEDİA – “Bu gün qlobal məkanda, dünyada proseslər sürətlə cərəyan edir. Elə bir sürətlə ki, az qala ötən hər ay ərzində yeni çağırışlar meydana gəlir. Heç şübhəsiz ki, dəyişən yeni dünya düzənində əsas söz sahiblərindən biri olmaqda iddialı olan türk dünyası bu çağırışlara cavab vermək üçün daha çevik addımlar atmalıdır. Bunun əsas yollarından biri də vacib sahələr üzrə elmli və aparıcı şəxslərin yetişdirilməsidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Uludağ Universitetinin müəllimi, qardaş ölkənin Ətraf Mühit Agentliyinin sədr müavini Prof. Dr. Mehmet Yüce deyib.

Onun sözlərinə görə, bu gün qlobal dünyada informatika, proqram təminatı, o cümlədən müdafiə sənayesi sahəsində yüksək bilikli, elmli mütəxəssislərə ehtiyac var: “Türk dünyası olaraq biz də universitetlərdə, ali təhsil müəssisələrində bu sadalanan sahələr üzrə mütəxəssislərin, kadrların hazırlanmasına xüsusi diqqət göstərməliyik. Yəni bu sahələr üzrə bilikli, savadlı kadrlar hazırlanmalıdır. Bu zaman isə o kadrların həm də dünyagörüşünün güclü olması, bu kadrların yeniliklər axtarışında olması, ixtiraçı-mütəxəssislər olması əsas götürülməlidir”.

Prof. Dr. Mehmet Yüce buradan yola çıxaraq maraqlı bir təklif də səsləndirib: “Hesab edirəm ki, biz türk dünyasından Nobel mükafatı alanların sayının artmasına nail olmalıyıq. Hətta “türk dünyasının Nobel mükafatı” təsis edilməlidir. Biz bu mükafatı təsis etməli, sonra isə türk dünyasına yeni ixtiralara qazandırmaq üçün alimlərimizi bu mükafatı almağa səfərbər etməliyik. Yəni bu günün və gələcəyin alimlərini türk dünyasını inkişafa aparacaq ixtiralar etməyə səsləməliyik”.

Müsahibimizin qənaətinə görə, ikinci məsələ türk dünyasının sosial elmlər sayəsində əvvəllər əldə etdiyi uğurları yenidən qazanmaqdır: “Təəssüflər olsun ki, biz bu sahədə təşəbbüsü əldən vermişik. Nədən bizdə Nizamilər, İbn Haldunlar, Fərabilər yetişmir? Buna görə də türk dünyasında sözün həqiqi mənasında sosial elmlər sahəsində də inkişaf və tərəqqi vacibdir. Ölkələrimizi daim inkişafa apara biləcək siyasətçilərlə yanaşı, ədəbiyyatçılarımız, sosioloqlarımız və filosoflarımızın da olması lazımdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.