Press "Enter" to skip to content

Xəyallar reallığa çevrilir

Prof. Dr. Mehmet Yüce

BAYRAQDAR MEDİA – “Mən fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. Çünki uzun illər xəyal etdiyimiz bir proses bu gün gerçəkləşir, reallığa çevrilir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Uludağ Universitetinin müəllimi, qardaş ölkənin Ətraf Mühit Agentliyinin sədr müavini Prof. Dr. Mehmet Yüce deyib.

Onun sözlərinə görə, “Türk dünyası bizim ailəmizdir” ifadəsi sadə bir cümlə deyil: “Bu anlayışın arxasında dərin mənalar dayanır və bu, akademik səviyyədə də dərindən müzakirə olunmalıdır. Eyni zamanda, dövlət rəhbərlərinin türk dünyasının daha da dərin inteqrasiyası istiqamətində atdığı addımlara, həyata keçirilən siyasətə dəstək üçün biz də dayanmadan çalışmalıyıq. Bu baxımdan elmi simpozium, konfransların keçirilməsi, ortaq elmi araşdırmaların aparılması və vahid proqramların hazırlanması vacibdir. Elə 16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransı da bu istiqamətdə atılan növbəti mühüm addımlardan biri kimi dəyərləndirilməlidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.