İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
BAYRAQDAR MEDİA – TƏBİB işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin fəaliyyəti bərpa olunur və əhaliyə fasiləsiz səhiyyə xidmətləri göstərilir: “Hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır”.
Məlumatda deyilir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir: “Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir”.
İlk şərhi yaza bilərsiniz