Press "Enter" to skip to content

Himayədar ailələrlə görüş

Himayədar ailələrlə görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) himayədar valideynlər və onların himayəsinə verilən valideyn himayəsindən məhrum uşaqlarla görüş təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə iştirakçılarla “Himayədar ailə” qayğı modeli ilə bağlı fikir mübadiləsi aparılıb. Uşaqlarla davranış qaydaları, onların sosial reabilitasiyası və ailə himayəsində böyüməsinin üstünlüklərindən bəhs olunub”.

Sonrq xəbərdə, “ümumilikdə 14 himayədar ailənin iştirak etdiyi görüşdə qonaqların təklifləri dinlənilib. Onlara DOST Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar verilib. Mərkəzin təlimçiləri tərəfindən qonaqlar üçün dulusçuluq, floristika, xalçaçılıq, muncuqla toxuma və bədii tikmə istiqamətləri üzrə master-klas da keçirilib” deyə bildirilir.

Sonda onlara Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış simvolik hədiyyələr təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.