BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında “Ölməz” adlı tamaşa hazırlanır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı E.Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək. Tamaşada N.Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. N.Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. O hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. N.Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir. Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb”.
Qeyd edək ki, səhnə əsərinin premyerası yaxın vaxtlarda olacaq.
İlk şərhi yaza bilərsiniz