Press "Enter" to skip to content

Rektorla görüş məhsuldar olub

Görüş zamanı

Ramil Əliyev: “Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Türkiyədə görüş keçirilib

BAYRAQDAR MEDİA – “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev və Azərbaycandan olan heyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Türkiyənin Kars şəhərində görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Ramil Əliyev məlumat verib.

O, deyib ki, görüşdə Qafqaz Universitetinin rektoru, professor Hüsnu Kapu ilə Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumu və gələcək perspektivləri müzakirə olunub: “Görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Naxçıvan Muxtar Respublikasının Ali məclisinin deputatı Üzeyir Məmmədov, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev iştirak ediblər”.

R.Əliyevin sözlərinə görə, rektorla görüşdə Qafqaz Universitetdə təhsil alan azərbaycanlı tələbələr və burada fəaliyyət göstərən müəllim heyəti ilə bağlı məsələlər də gündəmə gəlib: “Belə bir qənaət hasil oldu ki, bu cür görüşlər Azərbaycanla Türkiyə arasında təhsil sahəsindəki əməkdaşlığı daha da gücləndirəcək. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı üçün hər iki tərəf mühüm addımlar atır və bu əməkdaşlıq gələcəkdə daha böyük uğurlar gətirəcək”.

İctimai Birlik sədrinin sözlərinə görə, bu görüş, həmçinin, Azərbaycanın Türk dünyası ilə əlaqələri möhkəmləndirmək istiqamətində atılmış növbəti bir addım kimi qiymətləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.