Press "Enter" to skip to content

“Ruhlan, dəyiş, çiçəklən”

Tədbirdən xatirə fotosu

Azərbaycanda Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində tədbir keçirilib

BAYRAQDAR MEDİA – Beynəlxalq Kouçinq Federasiyasının (ICF) “Ruhlan, Dəyiş, Çiçəklən” şüarı ilə keçirilən Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq geniş miqyaslı bir tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.

Bildirilib ki, “Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlər kouçinqin insanlara, təşkilatlara və cəmiyyətlərə olan müsbət təsirini nümayiş etdirməyi hədəfləyir”.

Məlumata görə, tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb: “Tədbirdə müxtəlif sahələri təmsil edən rəsmi şəxslər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri və kouçinq sahəsinin aparıcı mütəxəssisləri iştirak ediblər. Qonaqları salamlayan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxışında kouçinqin müasir təhsil və idarəetmə proseslərində əhəmiyyətini vurğulayaraq, bu sahənin həm fərdi, həm də təşkilati inkişaf üçün mühüm rol oynadığını qeyd edib”.

Tədbirdə açılış nitqi edən Beynəlxalq Kouçinq Federasiyasının sədri Ebru Kaya Caymaz kouçinqin fərdi potensialın üzə çıxarılmasında və insanların özlərinə güvənməsində oynadığı rolu xüsusi vurğulayıb.

ICF-in Tədbirlər direktoru Aytən Şıxalıyeva çıxışında bu tədbirin hazırlanması və reallaşması prosesindəki əhəmiyyətli detallara toxunub. O, yerli və beynəlxalq kouçların bir araya gəlməsinin qarşılıqlı öyrənməni təşviq etdiyini bildirib. Aytən Şıxalıyeva, bu təşəbbüsün gələcək illərdə də davamlı olacağını və kouçinq yanaşmasının yayılmasının cəmiyyətimizə böyük fayda verəcəyini dilə gətirib.

Tədbir zamanı
Tədbir zamanı

Məlumatda deyilir ki, tədbirdə Milli Məclisin deputatları Arzu Nağıyev, Pərvin Kərimzadə və Sevinc Hüseynova da çıxış ediblər: “Onlar kouçinqin cəmiyyətin rifahı, təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, bu sahənin dəstəklənməsinin vacibliyini qeyd ediblər”.

Məlumata əsasən, iki panel müzakirəsi və spiker çıxışları ilə davam edən tədbirdə ümumilikdə 14 spiker çıxış edib: “Çıxışçılar arasında dövlət və özəl müəssisələrin rəhbər şəxsləri, tanınmış kouçlar yer alıb. Panel müzakirələrində kouçinqin fərdi və təşkilati inkişafda rolu, liderlik, motivasiya və dəyişiklik menecmenti kimi aktual mövzular ətrafında dərin və maraqlı fikirlər səsləndirilib. Tədbir zamanı sponsor qismində çıxış edən qurumlara rəsmi təşəkkür bildirilib və onların dəstəyi yüksək qiymətləndirilib. Təşkilatçılar tərəfindən tədbirin sonunda iştirakçılar arasında maraqlı bir hədiyyə mərasimi də həyata keçirilib. Adları əvvəlcədən hazırlanmış siyahı əsasında şüşə qabdan adları çəkilən 10 iştirakçıya sponsor şirkətlər tərəfindən xüsusi hədiyyələr təqdim olunub”.

“Tədbir iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanıb. Beynəlxalq Kouçinq Federasiyasının bu təşəbbüsü Azərbaycanda kouçinq sahəsinə artan marağın və bu sahənin inkişaf potensialının göstəricisi kimi dəyərləndirilir. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib” deyə məlumatda qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.