BAYRAQDAR MEDİA – Afrikadan gələn isti hava dalğası nəticəsində Türkiyədə temperatur 8–10 dərəcə artacaq. Bəzi şəhərlərdə temperatur 35 dərəcəni keçəcək.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “meteorologiya mənbələrinin verdiyi məlumata görə, mayın 21-dən etibarən ölkə üzrə hava temperaturu 8–10 dərəcə artacaq. Bu ani yüksəlişlə birlikdə bir çox şəhərdə temperatur mövsüm normalarını keçəcək və bəzi bölgələrdə 35 dərəcə səviyyəsi keçilə bilər. Mayın 22-si üçün İstanbulda 31, Ankarada 31, Eskişehirdə isə 33 dərəcə temperatur proqnozlaşdırılır”.
Məlumata görə, isti hava dalğası həftə boyunca təsirli olacaq.
İlk şərhi yaza bilərsiniz