BAYRAQDAR MEDİA – “18 və 20 may 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində peşəkar mühasib sertifikatı imtahanı materiallarının işlənilməsi ilə bağlı növbəti təlimlər keçirilib”.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, “təlimlərdə Dövlət İmtahan Mərkəzinin böyük məsləhətçisi Faiq Abdullayev PMS imtahanları üçün test tapşırıqlarının hazırlanması və ekspertizası texnologiyası, açıq tipli tapşırıqlara dair cavab vərəqələrinin yoxlanılması qaydaları barədə məlumat verib. Həmçinin tapşırıq modellərinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb”.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onların təklifləri dinlənilib.
İlk şərhi yaza bilərsiniz