BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir”.
Sonra xəbərdə, “sammitdə qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma, dayanıqlı inkişaf məqsədlərinə çatmaqda ali təhsilin rolu, qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları istiqamətləri üzrə müzakirələr aparılacaq” deyə qeyd edilir.
İlk şərhi yaza bilərsiniz