BAYRAQDAR MEDİA – İskəndər Iğdır Ağrı Dağı Dağçılıq və Təbiət İdmanları Klubu (AKUD), 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramını təbiətin qoynunda yürüşlə qeyd edib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Ulu Öndər Mustafa Kamal Atatürkün gənclərə hədiyyə etdiyi bu xüsusi gündə AKUD üzvləri, qarlı zirvələr və al-əlvan çiçəklərlə örtülü vadilər arasında coşqulu bir yürüş təşkil ediblər: “Bayramın ruhunu təbiətin sehrli atmosferində yaşayan dağçılar, çətin marşrutları aşarkən həmrəylik və təbiət sevgisi dolu anlar yaşayıblar”.
İlk şərhi yaza bilərsiniz