Press "Enter" to skip to content

Abşeron və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb

Abşeron və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb

BAYRAQDAR MEDİA – Abşeron rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus pul, mobil telefon, səsgücləndirici və akkumulyatorların oğurlanması barədə polisə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini etməkdə şübhəli bilinən 32 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə bir qadının mobil telefonunu talamaqda şübhəli bilinən 77 yaşlı R.Cavanşirov müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.