Press "Enter" to skip to content

Ersin Tatardan qadınlarla bağlı maraqlı çıxış

Tədbirdən foto

Milli dəyərlərə bağlı, mənəviyyatı güclü nəsillərin yetişməsində qadınların rolu danılmazdır

BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar “Sahibkarlıqda Qadın Gücü, İlhamverici Görüşlər” adlı tədbirin açılış mərasimində iştirak və çıxış edib. Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Məlumata görə, Acapulco Oteldə keçirilən tədbirdə çıxış edən Ersin Tatar, bu cür mənalı tədbirdə iştirak etməkdən duyduğu məmnuniyyəti ifadə edib və təşkilatçılara təşəkkürünü bildirib: “Asil Nadirin anası Safiye Nadirin uğurlarından nümunələr verən E.Tatar, qadınlara ilham verəcək bir çox uğur hekayəsinin mövcud olduğunu qeyd edib. Cümhurbaqşqanı qadınların iş dünyasında uğurla yer almasından da bəhs edib”.

Məlumatda deyilir ki, Kıbrıs türk xalqının mübarizə illərinə toxunan E.Tatar, bu torpaqlarda var olmağın qadınların göstərdiyi fədakar mübarizə sayəsində mümkün olduğunu bildirib: “E.Tatar bir tərəfdən evlərində istehsal edərkən, digər tərəfdən övladlarını böyütmək üçün böyük səy göstərən qadınların, milli dəyərlərə bağlı, mənəviyyatı güclü nəsillərin formalaşmasında danılmaz rol oynadıqlarını qeyd edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.