BAYRAQDAR MEDİA – Eskişehirdə Türk Mətbəxi Həftəsi çərçivəsində təşkil olunan tədbirdə yerli səhər yeməyi dadları tanıdılıb. Proqrama Eskişehir valisi Hüseyn Aksoy və Eskişehir Böyükşəhər Bələdiyyə Başçısı Ayşe Ünlüce də qatılıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Türk Mətbəxi Həftəsi tədbirləri çərçivəsində təşkil olunan “Eskişehirin Yerli Səhər Yeməyi Ləzzətlərinin Tanıdılması” proqramı, Eskişehir valisi Hüseyn Aksoy iştirakında keçirilib. Tədbir Eskişehir Valiliyinin təşəbbüsü, İl Mədəniyyət və Turizm Müdirliyi və Türk Dünyası Elm, Mədəniyyət və İncəsənət Mərkəzinin əməkdaşlığı ilə Eskişehir Osmangazi Universitetinin Turkuaz Restoranında həyata keçirilib”.
Məlumata görə, tədbirdə Eskişehirdə məxsus səhər yeməyi dadları ziyarətçilərə təqdim olunub: “Proqramda çıxış edən vali Hüseyn Aksoy, Türk mətbəxinin zənginliyinə diqqət çəkərək, Eskişehirin özünəməxsus ləzzətlərinin həm qastronomiya turizmi baxımından, həm də yerli mədəniyyətin yaşadılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb”.
İlk şərhi yaza bilərsiniz