BAYRAQDAR MEDİA – İğdır Valiliyi və Serhat İnkişaf Agentliyinin (SERKA) birgə təşkilatçılığı ilə keçirilən “Fotoqrafiya və sosial media idarəetməsi təlimi” başa çatıb. Jurnalist və foto-müxbir Ercan Arslanın təlimçi qismində iştirak etdiyi proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “təlim çərçivəsində iştirakçılara foto çəkmə texnikaları, işıqdan istifadə, kompozisiya qaydaları və rəqəmsal məzmun istehsalı kimi mövzularda ətraflı məlumat verilib. Nəzəri dərslərdən sonra İğdırın təbii gözəllikləri və mədəni irsi mövzusunda sahə məşğələləri keçirilib və iştirakçılar öyrəndiklərini praktikada tətbiq etmək imkanı əldə ediblər. Bu sayədə onlar həm çəkiliş bacarıqlarını inkişaf etdiriblər, həm də İğdırın tanıdılmasına töhfə verəcək dəyərli məzmunlar yaradıblar”.
Məlumata görə, Iğdırın tanıdılması məqsədilə bu cür təlimlərin davam etdirilməsi gözlənilir.
İlk şərhi yaza bilərsiniz