Press "Enter" to skip to content

İsmayıllıda erkən nikahın qarşısının alınması mövzusunda tədbir

İsmayıllıda erkən nikahın qarşısının alınması mövzusunda tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) bu cür tədbirlərin davamlı olaraq keçirilməsini və müxtəlif regionlarda ictimaiyyətin maarifləndirilməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “bu məqsədlə Agentliyin Dağlıq Şirvan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir təşkil edilib. İsmayıllı rayonunda keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli mərkəzinin, Daxili İşlər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və 6 saylı orta məktəbin şagirdləri də daxil olmaqla ümumilikdə 150 nəfər iştirak edib”.

Tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlara diqqət çəkərək cəmiyyətin bütün təbəqələrində bu mövzuya dair məlumatlılığı artırmaq, valideynlər, yeniyetmələr və aidiyyəti qurumlar arasında mövzu üzrə düzgün yanaşma formalaşdırmaq, erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin rolunu vurğulamaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.