Press "Enter" to skip to content

Maye qazdoldurma məntəqələrinin istismarı dayandırılıb – VİDEO

Maye qazdoldurma məntəqələrinin istismarı dayandırılıb

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsi və Zarağan kəndində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan ümumilikdə 4 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin boruların, həmçinin digər avadanlıqların dövri yoxlamaları barədə aktın, eləcə də məntəqələrin bina və avadanlıqlarının torpaqlama müqaviməti haqqında protokolun olmadığı müəyyən edilib”.

Sonra xəbərdə, “aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.