Press "Enter" to skip to content

MEK-də tələbələrin istehsalat təcrübəsi yekunlaşıb

MEK-də tələbələrin istehsalat təcrübəsi yekunlaşıb

BAYRAQDAR MEDİA– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tələbələrin istehsalat təcrübəsinin başa çatması münasibətilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, təxminən üç ay müddətində Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan 51 tələbə MEK-in müxtəlif şöbələrində təcrübə keçərək ixtisaslarına uyğun sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, biblioqrafik sorğuların cavablandırılması, elektron kataloqa ədəbiyyat nümunələrinin daxil edilməsi və digər kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə ediblər. Direktor, həmçinin qeyd edib ki, bu il təcrübə proqramında iştirak edən tələbələr MEK-də ilk dəfə həyata keçirilən “İnklüziv xidmət” layihəsinə qoşularaq fonddakı seçilmiş kitabları səsləndiriblər”.

Sonra xəbərdə, “MEK rəhbəri onların bu müddət ərzində keçdikləri istehsalat təcrübələrini təqdirəlayiq hesab edib, gələcək işlərində uğurlar arzulayıb. Görüş zamanı tələbələr də kitabxana mühitini olduqca bəyəndiklərini, maraqlı və yaradıcı kollektivdə işləməkdən zövq aldıqlarını vurğulayıblar. Daha sonra MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev təcrübəçilərin qrup rəhbəri olaraq tələbələrdən məmnun qaldığını, onların kitabxana işində aktiv iştirak etdiklərini, elektron kitabxananın yaradılmasında yaxından kömək göstərdiklərini qeyd edərək hər birinə təşəkkürünü bildirib” deyə bildirilir.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, Dos. Sevda Xələfova da öz növbəsində burada əldə olunan təcrübədən gələcəkdə faydalanacaqların bildirib, yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

Sonda aktivliyi ilə seçilən bir qrup tələbəyə MEK tərəfindən sertifikatlar təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.