BAYRAQDAR MEDİA – Muş valisi Avni Çakır təbiətsevərlərlə birgə şəhərin bənzərsiz təbii gözəlliklərini kəşf etmək və tanıtmaq məqsədilə yürüşə qatılıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “Muş Valiliyinin təşəbbüsü, AFAD və Gənc Addımlar Dərnəyinin əməkdaşlığı ilə keçirilən tədbir çərçivəsində təbiətsevərlər 2100 metr hündürlükdə yerləşən Ilıca Yaylasında bir araya gəlib. Turna Gölündən başlayan yürüşdə Vali Avni Çakır və iştirakçılar təxminən 5 kilometrlik marşrutu tamamlayaraq təbiətlə iç-içə xoş anlar yaşayıblar. Təbiətin oyanması ilə hər həftə müxtəlif bölgələrdə yürüşlər təşkil edən təbiətsevərlər, Muşun təbii sərvətlərini və turizm potensialını ön plana çıxarmağı hədəfləyirlər”.
Məlumaat görə, yaylada musiqi sədaları altında halay çəkən iştirakçılar tədbiri əyləncəli şəkildə yekunlaşdırıblar.
İlk şərhi yaza bilərsiniz