Press "Enter" to skip to content

Qardaşlıq bağlarını gücləndirən növbəti addım

Tədbir zamanı

Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir keçirilib

BAYRAQDAR MEDİA – “Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Komitənin dəvəti ilə Azərbaycana gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər: “Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər”.

Bildirilib ki, “Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbirhər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb. Sədr Fuad Muradov çıxışında iki qardaş ölkə və xalq arasındakı tarixi bağlardan danışıb, dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq münasibətlərini xatırladıb. Komitə sədri həmvətənlərimizin Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, ölkədəki multikultural dəyərlərin gücləndirilməsinə töhfə verdiklərini vurğulayıb. Özbəkistanda yaşayan soydaşlarımızındaim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu,onlara hər zaman xüsusi qayğı ilə yanaşdığını, həmçininictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərinə hərtərəfli dəstək göstərdiyini bildirib”.

Məlumata əsasən, sonra Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərin Məsələləri üzrə Komitəsinin sədri Kaxraman Sariev çıxış edib: “Kaxraman Sariev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyib. Sədr xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının rolunu xüsusi qeyd edib”.

Millət vəkili Cavanşir Paşazadə öz çıxışında diqqəti ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına çəkib.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını dilə gətirib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov, araşdırmaçı-jurnalist, türkoloq Aida Eyvazlı Göytürk və digər natiqlər çıxışlarında səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Türk dünyası ilə birgə fəaliyyətə həsr edilən videoçarx nümayiş olunub.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.