BAYRAQDAR MEDİA – Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar. Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək. Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub”.
İlk şərhi yaza bilərsiniz