Press "Enter" to skip to content

Yolda təhlükəsizlik evdən başlayır

Yolda təhlükəsizlik evdən başlayır

BAYRAQDAR MEDİA – Uşaqların yollarda nəzarətsiz hərəkəti bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “hər bir valideyn bilməlidir ki, uşaqları yol hərəkəti qaydalarını mənimsəmədən və yolda təhlükəni dərk etmədən küçəyə tək buraxmaq onların həyatlarını riskə atmaq deməkdir. Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur. Valideynlər uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməməli, onlarla birgə yola çıxmalı, nümunə olmalı, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirməlidirlər. Təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.