BAYRAQDAR MEDİA – KKTC Cumhuriyyət Məclisinin sədri Ziya Öztürkler, bir sıra görüşlər keçirmək və “Mavi Vətən və Kıbrıs” mövzusunda konfrans vermək üçün Türkiyəyə səfər edib.
Bu barədə kibrisgazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “ziyarət çərçivəsində Z.Öztürkler Mardin Artuklu Universitetinin rektoru prof. İbrahim Özcoşar ilə qısa bir görüş keçirib və daha sonra universitetdə “Mavi Vətən və Kıbrıs” mövzusunda konfrans verib. Z.Öztürkler çıxışında 20 iyul 1974-cü il Sülh Hərəkatı ilə adaya sülh gəldiyini xatırladıb və bu sülhün yalnız Türk xalqına deyil, həm də Rumlara gəldiyini bildirib. 15 noyabr 1983-cü ildə KKTC-nin elan edildiyini və yeni Məclis binasının da bu yaxınlarda istifadəyə verildiyini qeyd edən Z.Öztürkler, bu tarixi proseslərdə iştirak etdiyini vurğulayıb”.
“Mavi Vətən yalnız xəritə və ya hərbi doktrina deyil, həm Türkiyənin, həm də KKTC-nin dənizlərdəki suverenlik hüquqlarını və geopolitik iradəsini təmsil edir,” deyə bildirən Öztürkler, “Xəritələr qələmlə çəkilər, dənizlər iradə ilə qorunar,” deyə, o, çıxışını tamamlayıb.
İlk şərhi yaza bilərsiniz