BAYRAQDAR MEDİA – Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2025” (Anatolian Phoenix – 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “təlimdə keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər. İştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib”.
Ardınca xəbərdə, “sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib. Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib. Qardaş ölkədə keçirilən təlimdə Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz