Press "Enter" to skip to content

Ankarada anlamlı görüş

Görüşdən xatirə fotosu

Türk dünyasında və beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub

BAYRAQDAR MEDİA – Mayın 22-də Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyədəki Əhməd Cavad İnstitutu arasında görüş keçirilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Cavid Vəliyev, baş müşavir Mətin Məmmədli və mütəxəssis Fuad Abdullayev iştirak ediblər. Əhməd Cavad İnstitutunu isə İnstitutun sədri professor Ruhi Ersoy və İdarə Heyətinin üzvləri – professor Hanifi Macit, professor Turan Şahin, dosent Esma Özdaşlı və Özgür Bayraktar təmsil ediblər.

Görüşdə türk dünyasında və beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub. Həmçinin, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü kontekstində TDT və türk dünyasının daha sıx inteqrasiyası üçün atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Əhməd Cavad İnstitutu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında gələcəkdə həyata keçirilə biləcək əməkdaşlıq imkanları da müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.