Press "Enter" to skip to content

Azərbaycanlı alim Türkiyədə Beynəlxalq simpoziumda məruzə edib

Azərbaycanlı alim Türkiyədə Beynəlxalq simpoziumda məruzə edib

BAYRAQDAR MEDİA – 22-23 may 2025-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) himayəsi və Üsküdar Universitetinin təşkilatçılığı ilə “Türk dövlətləri yüz ilində cədidçiliyin üfüqləri: neokolonial meydan oxumalar qarşısında keçmişdən gələcəyə baxmaq” mövzusunda Beynəlxalq elmi simpozium keçirilib.

Simpoziumda Azərbaycandan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli iştirak edib. Konfransda “Azərbaycan Türk cədidçilik ya da yeniləşmə-dəyişim fəlsəfəsi, ideolojisi və gələcəyi” mövzusunda məruzə edən F.Ələkbərli bildirib ki, Türk xalqlarında yeniləşmə-dəyişim prosesi 19-cu əsrdə Osmanlı və çar Rusiyasında başlayıb, ona görə, yeniləşmə özünü türklüyə, islamlığa və Qərb mədəniyyətinə münasibətdə büruzə verib. F.Ələkbərli deyib ki, çar Rusiyasında yeniləşmə prosesinin əsas mərkəzlərindən biri Azərbaycan və onun milli maarifçi ziyalıları olub.

Qeyd edək ki, beynəlxalq elmi konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Almaniya, Rusiya Federasiyası və digər ölkələrdən olan alimlər də iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.