Press "Enter" to skip to content

Bakı daha bir mühüm tədbirə hazırlaşır

Tədbir zamanı

Mayın 30-da Bakı Konqres Mərkəzində “InVision Design Talks & Visionary Design” Forumu keçiriləcək

BAYRAQDAR MEDİA – Azərbaycan paytaxtı daha bir mühüm tədbirə hazırlaşır. Mayın 30-da Bakı Konqres Mərkəzində “InVision Design Talks & Visionary Design” Forumu keçiriləcək.

Bu barədə mayın 23-də keçirilən mətbuat konfransında məlumat verildi.

Dr. Alptekin Cihangir İşbilir: Müasir dövrdə insanlar təbii fəlakətlərə davamlı şəhərlərin formalaşmasına üstünlük verirlər

Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir dedi ki, müasir dövrdə cəmiyyətlər, insanlar təhlükələrə, təbii fəlakətlərə davamlı şəhərlərin formalaşmasına üstünlük verirlər.

Dr. Alptekin Cihangir İşbilir tədbir barədə məlumat verərkən
Dr. Alptekin Cihangir İşbilir tədbir barədə məlumat verərkən

Onun sözlərinə görə, bu da təbiidir: “Çünki insanlar daha təhlükəsiz evlərdə, daha təhlükəsiz ərazilərdə, zəlzələlərdən mümkün qədər çox sığorta oluna biləcək yerlərdə məskunlaşmaq istəyirlər. Buna görə də müasir dövrdə inşaat şirkətləri bu sahəyə, bu məsələyə xüsusi diqqət ayırırlar. Elə bundan irəli gələrək Türkiyənin aparıcı keramika istehsalçısı Seranit Türkiyənin ofis mebeli sektorunda aparıcı brendlərindən biri olan Zivella ilə birlikdə Azərbaycanda, Bakıda “InVision Design Talks & Visionary Design” Forumunu təşkil edir”.

Ufuk Polat: Forumda memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları bir araya gələcək

Sonra çıxış edən “Seranit Azərbaycan” MMC-nin direktoru Ufuk Polat dedi ki, tədbir mayın 30-da saat 13.00-dan 18.30-dək Bakı Konqres Mərkəzində keçiriləcək: “Bu, sıradan bir tədbir olmayacaq. Mövzudan da göründüyü kimi günün aktual məsələsinə həsr olunub. Ona görə də biz bu tədbirə Türkiyənin həm yaşlı, həm də gənc nəslinin sahə üzrə mütəxəssislərini dəvət etmişik”.

Ufuk Polat (sağdan birinci) çıxış edərkən
Ufuk Polat (sağdan birinci) çıxış edərkən

Qeyd edildi ki, Forumda memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları bir araya gələcək: “Bundan başqa, Forum çərçivəsində bir sərgi də planlaşdırılır. Əminəm ki istər media təmsilçiləri, istərsə də digər iştirakçılar bizim bu tədbirimizdən razı qalacaqlar”.

Fatih Uzun: Forum həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi önəm kəsb edir

“Zivella Azərbaycan”ın direktoru Fatih Uzun isə bildirdi ki, Forum həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi önəm kəsb edir.

Fatih Uzun (solda birinci) tədbirdə çıxış edərkən
Fatih Uzun (solda birinci) tədbirdə çıxış edərkən

O, qeyd etdi ki, Forum yaşayış məkanlarını, şəhərləri və obyektləri formalaşdıran uzaqgörən fikirlərin müzakirəsi üçün də unikal platforma yaradacaq: “Bu tədbir sözügedən sahədə mütəxəssislərlə dizaynın gələcək rolunu yenidən müəyyənləşdirmək üçün də önəm kəsb edir. yə yönəldiləcək”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Sonda xatirə şəkli çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.