Press "Enter" to skip to content

Bu, daha güclü türk dünyası anlamına gəlir

Vüqar Bayramov

Vüqar Bayramov: Son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsini müşahidə edirik

BAYRAQDAR MEDİA – “Son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsini müşahidə edirik. Bu da gələcək üçün mühüm əhəmiyyət kəsb edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, qeyd edib ki, hazırda türk dövlətlərinin nominal ümumi daxili məhsulu 2 trilyon 110 milyard dollardır: “Eyni zamanda türk dövlətləri arasında 1,2 trilyon dolllarlıq ticarət dövriyyəsi mövcuddur. Dünya əhalisinin 2,8 faizini formalaşdıran türk ölkələri eyni zamanda ümumi ticarət dövriyyəsinin 2,4 faizini qlobal ÜDM-in isə 15 faizini formalaşdırırlar. Yəni göründüyü kimi bir tərəfdən rəqəmlər ciddi gücdən xəbər verir, digər tərəfdən isə biz türk dövlətlərinin ÜDM-də artımları müşahidə edirik”.

V.Bayramovun sözlərinə görə, bu artımlar türk dövlətlərinin getdikcə daha da gücləndiyini göstərən faktlardır: “Konkret olaraq Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə gəlincə, hesab edirəm ki, bu sammitdən sonra türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşəcəyi gözlənilir. Ümumiyyətlə, bu, həm də ondan xəbər verir ki, biz birmənalı şəkildə türk dövlətlərinin iqtisadi əlaqələrində yeni səhifənin açılmasını müşahidə edəcəyik”.

Millət vəkili deyib ki, bu, bir tərəfdən ticarət dövriyyəsində artımlarla müşahidə olunacaq: “Yəni qarşılıqlı ticarət dövriyyəsində artımların olacağı gözlənilir. Digər tərəfdən birgə investitsiyaların qoyuluşu, birgə layihələrin reallaşmasında artım müşahidə ediləcək. Bu isə bütövlükdə daha güclü türk dünyası anlamına gəlir. O baxımdan bu sammit bir daha təsdiq etdi ki, türk dövlətləri birlikdə daha güclü olur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.