Press "Enter" to skip to content

“Dünya Arı Günü” uşaqlarla birlikdə qeyd olunub

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Ardahanda, Çıldır Uşaq Bağçasında “Dünya Arı Günü” münasibətilə Rayon Kənd Təsərrüfatı İdarəsi ilə Çıldır Uşaq Bağçasının birgə təşkilatçılığı ilə tədbirlər keçirilib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri, Kənd Təsərrüfatı Müdiri, bağça müdiri, arıçılar, müəllimlər və uşaqlar iştirak ediblər. Tədbirdə arı populyasiyasının təbiətə və insanlara faydaları və arı dövranının necə baş verdiyi izah olunub. Uşaqlara arıçı geyimləri geydirilib, mövzu ilə bağlı maarifləndirici videolar göstərilib”.

Məlumata görə, eyni zamanda mövzuya dair hekayələr, fəaliyyət kitabları, sarı-qara rəngdə şarlar paylanılıb: “Polen tanıdılıb və tədbir bal qatılmış süd içən uşaqlarla tamamlanıb. Rayon Təhsil Şöbəsinin müdiri Gürbüz Yıldız tədbirdə iştirak edən Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsinin müdiri Merve Yıldıza, bağça müdiri Pınar Çanağa, müəllimlər Müberra Şimşek, Ceren Karabağ və Ceren Kemerkayaya, arıçılara və kiçik iştirakçılara təşəkkürünü bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.