Press "Enter" to skip to content

Əməkdaşlıqda yeni mərhələ

Görüş zamanı

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür

BAYRAQDAR MEDİA – Mayın 22-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Daşkənddə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondun sədri Adham Şadmanov və Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev ilə görüşüb. Görüşdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Bu barədə Agenliyin məlumatında qeyd edilib.

Anlaşma Memorandumu imzalanıb
Anlaşma Memorandumu imzalanıb

Məlumata görə, daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Aygün Əliyeva və Adham Şadmanov imzalayıblar.

Memoranduma əsasən, yaxın vaxtlarda hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.