BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb. Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub. Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib”.
Sonra xəbərdə, “tədbirlər daha sonra ETSN-in inzibati binasında davam edib. Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan ETSN-in bir qrup əməkdaşının təltif edilməsi haqqında Prezidentin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub” dyeə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz