Press "Enter" to skip to content

Gül yığımı mövsümü başlayıb

Gül yığımı

BAYRAQDAR MEDİA – Dünya gül yağı tələbatının 65 faizini təmin edən Ispartada gül yığımı mövsümü başlayıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Gül, Gül yağı və Yağlı Toxumlar Kənd Təsərrüfatı Satış Kooperativləri Birliyinin (GÜLBİRLİK) baş direktoru İbrahim Işıdan bildirib ki, bu il baş verən kənd təsərrüfatı dondan dolayı gül məhsulu 35 faiz azalıb.

İbrahim Işıdan deyib ki, gül yığım mövsümü 12 maydan etibarən az miqdarda başlayıb: “Lakin havaların isinməsi ilə alımlar sürətlənib. Bu ilki kənd təsərrüfatı donu məhsuldarlığı 35 faiz azaltsa da, itkiləri məhsullarımızın dəyərini artıraraq kompensasiya edəcəyik”.

Həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi gül tarlaları və istehsal prosesi regiona həm iqtisadi, həm də mədəni baxımdan töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.