Press "Enter" to skip to content

İcmadan Ermənistan XİN-ə etiraz

Qərbi Azərbaycan İcması

BAYRAQDAR MEDİA – “Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır”.

Bu barədə BAYRAQDAR MEDİA-ya İcmadan məlumat verilib.

Məlumata görə, İcmanın bəyanatında aşağıdakılar öz əksini tapıb: “Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə, təhrif olunmuş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir. Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir”.

“İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək”, – deyə bəyanatda sonda vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.