BAYRAQDAR MEDİA – 2025-ci ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Pilotsuz Uçuş Aparatları Akademiyasında “Orbiter 3HC” pilotsuz uçuş aparatları sistemləri mütəxəssislərinin buraxılış mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb”.
Məlumatda qeyd edilib ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.
İlk şərhi yaza bilərsiniz