Press "Enter" to skip to content

Şəkidə vətəndaş qəbulu keçirilib

Şəkidə vətəndaş qəbulu keçirilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov bu dəfə Şəki şəhərində vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qəbulda Şəki və Qax rayonlarının sakinləri daxil olmaqla ümumilikdə 30-dan çox şəxs iştirak edib. İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib”.

Daha sonra xəbərdə, “fərdi ev, avtomobil təminatı, səyyar sosial-məişət xidmətinin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, və s. kimi Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş bu qəbullarda iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng etməli, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərməli, sosial şəbəkə hesablarına müraciət etməli, yaxud yerli filiallarına yaxınlamalıdırlar” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.