Press "Enter" to skip to content

Tədbir və görüşlər keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində tədbirlərdə iştirak edib və bir sıra görüşlər keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsindəMüdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbir çərçivəsində İİB Qrupuna daxil olan qurumların illik toplantıları təşkil olunub, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verilib. Plan səmərəli infrastruktur, insan kapitalının və özəl sektoruninkişafı, ərzaq və su təhlükəsizliyi, ticarət üzrə inteqrasiya kimi sahələri əhatə edir”.

Məlumata görə, Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində İİB Qrupunun Müdirlər Şurasının Dəyirmi Masası keçirilib: “Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə tədbirləri, ölkəmizin tranzit qovşağı kimi strateji mövqeyini vurğulayıb. Dəyirmi Masadaüzv ölkələrin biznes mühitində proaktiv tənzimləmələr, regional ticarətin dayanıqlı inkişafı barədə fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətiqeyd olunub”.

Məlumatda deyilir ki, iqtisadiyyat naziri Mikayıl CabbarovunİİBQrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşündə Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyi vurğulanıb. Azərbaycanda həyata keçirilən islahatlar, özəl sektorun inkişafı, Bankla reallaşdırılan birgə fəaliyyətinuğurlu nəticələri qeyd olunub. Tərəflər işbirliyinin şaxələndirilməsi, dayanıqlı infrastrukturla bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüslərimüzakirə ediblər.

Məlumata görə, İllik Toplantı çərçivəsində Qvineya Respublikasının planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe, ilə görüş keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.