BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, nümayəndə heyətinə Qazaxıstan daxili işlər naziri Erjan Sadenov, Qırğızıstan daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan daxili işlər naziri Aziz Taşpulatov, Kuzey Kıbrıs Türk Cumhuriyyəti daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
İlk şərhi yaza bilərsiniz