Press "Enter" to skip to content

“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

“Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası

BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, eləcə də İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, “Vergi və hesabatlılıq”İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müaviniİlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib: “İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci rübü ərzində, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub. Qeyd olunub ki, ötən müddət ərzində vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib.Həmçinin, sadələşdirilmiş vergitutma rejimində işləyən vergi ödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində də hazırda intensiv işlər aparılır”.

Xəbərdə daha sonra deyilir: “DVX-nin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə İşçi qrupunun üzvlərini məlumatlandırıb, ötən müddət ərzində həyata keçirilən təhlil, araşdırmalar və Ombudsman xidmətinin əsas fəaliyyət prinsiplərini diqqətə çatdırıb. İclasda İşçi qrupunun üzvləri və konsaltinq şirkətlərinin nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıblar. “Bizcon audit” şirkətinin direktoru Anar Bayramov, “Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev, Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) “Qanunvericilik” Komitəsinin sədri Azər Qənbərov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vergi ödəyicilərinin məlumatlılığının artırılmasına yardım edə biləcək yeni xidmətlərin hazırlanması, riskli vergi ödəyiciləri ilə iş, vergi öhdəliklərinin əvəzləşdirilməsi, daxili və xarici emal sənayesində vergi yanaşmaları və s. məsələlərlə bağlı çıxış ediblər. Qaldırılan məsələlər barədə izahat verilib, bir sıra təkliflər baxılmaq üçün qeydə alınıb”.

Məlumatda deyilir ki, iclasda 2025-ci il üzrə Yol Xəritəsinin hədəfləri üzrə nəzərdə tutulan işlər də müzakirə olunub. İlin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəflərinicrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.